BURADA REKLAMINIZ OLA
BİLƏR

Ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadı, Mərkəzi Bank protokol yazdı

Azərbaycan Mərkəzi Bankı “Strıch-Fix LDT” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazıb.

 

Pravda.az-ın xəbərinə görə, AMB protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən tərtib edib.

 

İş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2023, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin