BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda küçədə anasını qətlə yetirən şəxsdən xəbər var

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadə barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyirlər.

 

Şikayət hakim İlkin Rəcəbovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.

 

Qeyd: Hadisə ötən ilin aprelində aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İ.Məmmədzadə ilə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib. İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2023, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin