BURADA REKLAMINIZ OLA
BİLƏR

“Adlar”a protokol yazıldı

“Adlar” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkətə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə protokol tərtib edilib.

 

İş Xaçmaz Rayon Məhkəməsinin hakimi Sərxan Səmədzadənin sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2023, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin