BURADA REKLAMINIZ OLA
BİLƏR

“Global Leasing” 500 manat cərimələnə bilər

“Global Leasing” Açıq Səhmdar Cəmiyyətinə cərimə protokolu tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, MMC-yə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsi ilə protokol tərtib edilib.

 

İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2023, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin