BURADA REKLAMINIZ OLA
BİLƏR

“Skylife Corporation” məhkəməyə verildi

“Skylife Corporation” barəsində inzibati protokol tərtib edilib.

 

Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 231.3-cü (Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə protokol tərtib olunub.

 

İş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2023, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin