BURADA REKLAMINIZ OLA
BİLƏR

"Surət Hüseynova münasibətim düşmənə münasibət olub və elə də qalır" - Pənah Hüseyn

“Çox yaxın qohumumun vəfatı ilə bağlı kədimizdə yas mərasimindəyəm. KİV- dən Surət Hüseynovla bağlı fasiləsiz müraciətlər gəlir. Telefonu söndürmək, ya səssizə qoymaq olar, mənim adətim deyil. Və bu statusu məcburiyyətdən yazıram”.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn deyib.

 

“Surət Hüseynov vəfat edib və heç dəfn də olunmayıb. Bizim ürf-adətimizdə dəfn olunmayan adam haqqında yaxşı bir şey demirsənsə pis danışmaq uyğun sayılmır.  Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada  düşmən münasibəti olub, münasibətim düşmənə münasibət olub  və elə də qalır. Bu günsə deməklə kifayətlənirəm ki, ibrət çıxara bilənlər ibrət çıxarsın” – P.Hüseyn əlavə edib.

Tarix: 1 Avqust 2023, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin