BURADA REKLAMINIZ OLA
BİLƏR

Qoşqar Təhməzlinin qardaşının şirkəti ilə bağlı QƏRAR

Bakı Kommersiya Məhkəməsində "Mecc" MMC-nin "6-cı mərtəbə" müstəqil şirkətinə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, icraata xitam verilib. Bildirilib ki, şirkətlər arasında barışıq sazişi bağlanıb.

 

Xatırlatma: "Mecc" MMC "6-cı mərtəbə" müstəqil şirkətini məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Qeyd: “6-cı mərtəbə” müstəqil şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olub. Bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda bildirilir ki, bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər - “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC “6-cı Mərtəbə”dən şikayətçidirlər, çünki müqavilə öhdəlikləri yerinə yetirilməyib, pulları ödənilməyib. “MECC” MMC “6-ci mərtəbə” şirkətinin ona borclu olduğunu iddia edir. Bir müddət əvvəl şirkətin direktor köməkçisi Salman Salmanzadə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “6-cı mərtəbə” MMC-nin onlara 1 milyon 400 min manatdan artıq borcu var. Salman Salmanzadənin sözlərinə görə, dəfələrlər “6-cı mərtəbə”nin rəhbərliyinə müraciət edilsə də, nəticəsi olmayıb. “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı olan “MV Group” MMC və “İdea Yapı” MMC də “6-cı mərtəbə” MMC-nin onlara borclu olduğunu bildirir.

 

"6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.

 

Kamal Məmmədov

Tarix: 2 Avqust 2023, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin