BURADA REKLAMINIZ OLA
BİLƏR

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə bağlı ekspertiza təyin edildi

Bakı Kommersiya Məhkəməsində “Aqrarkredit BOKT” QSC-nin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

 

Qeyd: “Aqrarkredit BOKT” QSC "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.

 

Kamal Məmmədov

Tarix: 2 Avqust 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin