BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağ Regional Təhsil İdarəsinə cərimə protokolu yazıldı

Qarabağ Regional Təhsil İdarəsi barəsində cərimə protokolu tərtib edilib.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum idarəyə protokolu İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Bərdə Rayon Məhkəməsinin hakimi Qamət Əbilovun sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 2 Avqust 2023, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin