BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vinch Group”u cərimə gözləyir

"VİNCH GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, şirkətə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.1-ci (İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə protokol tərtib olunub.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 2 Avqust 2023, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin