BURADA REKLAMINIZ OLA
BİLƏR

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubuna cərimə protokolu yazıldı

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubu İctimai Birliyinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, klub barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsi ilə protokol tərtib edilib.

 

İşi Naxçıvan Şəhər Məhkəməsinin hakimi Qabil Məmmədov araşdıracaq.

 

Kamal Məmmədov

Tarix: 2 Avqust 2023, 20:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin