BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank daha bir şirkətə protokol yazdı - Ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə

Azərbaycan Mərkəzi Bankı (AMB) “Gbr Trade” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazıb.

 

Pravda.az-ın xəbərinə görə, AMB MMC-yə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən protokol tərtib edib.

 

İş Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyevin icraatındadır.

 

Kamal Məmmədov

Tarix: 3 Avqust 2023, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin