BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu klinikanı cərimə gözləyir

“Mingəçevir Nərgiz Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, klinika barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsi ilə protokol tərtib edilib.

 

İş Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynovun icraatındadır.

 

Kamal Məmmədov

Tarix: 3 Avqust 2023, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin