BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş prokurorla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsindəm Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirov və onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənov barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi keçirilən prosesdə qərar elan olunub .

 

Qəraranəsasən, onların şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Eldarovla M.Həsənovun hər biri 5 il və S.Nəsirov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M.Həsənovun barəsində seçilmiş verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

 

Qeyd: Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub. O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib. Həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Nəsirova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı. Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 3 Avqust 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin