BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini öldürən şəxsin məhkəməsi başladı

Gəncə Apellyasiya Məhkəməsində Göygöl rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Əsgərovun hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə min növbəti niclası avqustun 14-nə təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz olaraq soyuq silahı, gəzdirmə) maddəsi ilə bəraət verilib.

 

Qeyd: Hadisə 2021-ci ilin sentyabrında Göygöl rayonunun Çaylı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü H.Əsgərov şəxsi münasibətlər zəminində mübahisə zamanı 1993-cü il təvəllüdlü Ayxan Hüseynlini bıçaqlayaraq öldürüb. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. H.Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 3 Avqust 2023, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin