BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur əczaçılıq şirkətinə protokol yazıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) “AKİ Əczaçılıq Anbarı” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazıb.

 

Pravda.az xəbər verir ki, AMB protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən tərtib edib.

 

İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Qabil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 3 Avqust 2023, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin