““Rakuv”la qarşılaşmasında “Qarabağ” əslində rəqibindən zəif oynamadı. Çox baxımlı oyun getdi. Hər iki tərəf yaxşı çıxış etdi. Sadəcə, taktiki yöndə Qurban Qurbanovun uduzmasını daha çox qabardardım. Hesabı bərabərləşdirən qolu Redon Cica vurdu. Onun məhsuldar ötürməsini Elvin Cəfərquliyev verdi. Ancaq çox maraqlıdır ki, məhz ikinci hissədə hər iki futbolçu əvəzləndi. Düzdür, Cəfərquliyev rəqibin vurduğu qolda öz cinahında səhvə yol verdi. Bunu istisna etsək, oyun ərzində çıxış etdiyi müdafiənin sol cinahında kifayət qədər aktiv oyun nümayiş etdirdi, hücumlarda çox aktiv görünürdü. Bildiyiniz kimi, futbolda cinah müdafiəçiləri həm də hücumlara keçməlidirlər. Cəfərquliyev də bu baxımdan özünü yaxşı göstərirdi, rəqibin sağ cinahına keçməyi bacarır və cərimə meydançası daxilinə “Qarabağ”ın mərkəzi hücumçusu və yarımüdafiəçilərinə ötürmələr edirdi. Təəssüf ki, həmin ötürmələrdən yalnız biri qola çevrildi. Cica bunu ustalıqla qola çevirə bildi. Buna baxmayaraq, iki futbolçu da əvəzləndi. İki əvəzetmə ilə bağlı dərhal “Facebook”da status yazmışdım”.
Bu sözləri Pravda.az-a açıqlamasında jurnalist Səbuhi Musa deyib.
O, baş məşqçi Qurban Qurbanovun jurnalistin sualına kobud cavab verməsindən də danışıb: “Həmkarlarımızdan biri də mətbuat konfransında ilk bu sualı verdi ki, niyə Cica və Cəfərquliyev əvəzləndi? Qurban Qurbanov isə bu suala tənqidi, daha çox əsəbi formada cavab verdi. Biz başa düşürük, təbii ki, məğlubiyyətdən sonra əsəblər tarıma çəkilir. Bizim kimi o da əsəbiləşir. Amma heç də yaxşı olmayan formada həmkarımıza “sən bu əvəzetmələrin nəyə görə edildiyini başa düşmürsənsə, bunu sənə anlatmağım uzun çəkər...” cavabını verməsi qəbuledilməz oldu”.
S.Musa “Qurbanov bütün günahı öz boynuna götürür, amma əsl günahkarlar komandanı gəlir mənbəyi kimi istifadə edirlər” kimi fikirlərə isə belə münasibət bildirib: “Transferlərə pul xərclənməməsi ilə bağlı fikirlər bir az subyektiv fikirlərdir. Əslində tansferlərə pul xərclənir, sadəcə, transferlərin nə dərəcədə yaxşı çıxıb-çıxmaması məsələsi var. Elə furbolçu olub ki, “Qarabağ”da bidən-birə partlayış edib, yaxşı çıxıb. Amma eləsi olub ki, məsələn, Qaspar Panadero “Qarabağ”ın əvəzedici komandasındadır. Bir illik müqaviləsi var, “Qarabağ” ona hələ də havayı yerə pul verməklə məşğuldur. Klub deyir ki, get özünə başqa klub tap, Panadero isə tapmır, deyir “hazır pulumu alıram”. Bu formada klubda qalıb. Belə nümunələr var. Elə furbolçu olur, komandaya tez uyğunlaşır, yaxud əksinə, uyğunsuz olur. Məsələn, Patrik Andrade komandaya cəlb olunanda hamı alqışladı ki, ”Qarabağ”ın ruhuna uyğun futbolçudur, çünki əvvəllər də oynayıb, tez adaptasiya olacaq. Biz isə onu cəmi bir-iki oyunda görə bilmişik. Transferlərlə bağlı məsələdən daha çox dünənki oyunla bağlı məsələ tənqidi idi. Qurban Qurbanov birinci oyunda Şahruddinin səhvinə görə uduzmuşdusa, ikinci oyunda qələbənin qazanılmamasında əsas səbəb Qurbanovun taktiki gedişləri oldu. Cəfərquliyev və Cicanın çıxmasından sonra məhsuldarlıq aşağı düşdü. Mərkəzdə yeni transfer Juninyo, demək olar, heç nə ilə yadda qalmadı. Sol cinaha isə Toral Bayramov keçdikdən sonra “Qarabağ"ın sağ cinahı zəiflədi, rəqib öz sol cinahından daha uğurlu əks hücumlar qurmağa müvəffəq oldu”.
Aytəkin Qardaşova
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
Ən son xəbərləri səhifəmizdən də izləyin