BURADA REKLAMINIZ OLA
BİLƏR

“Traubenfeld”ə cərimə protokolu yazıldı

“Traubenfeld” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol yazıb.

 

İş Tovuz Rayon Məhkəməsinin hakimi Zaur Hünmətovun sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 4 Avqust 2023, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin