BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Məşğulluq Agentliyi barəsində cərimə protokolu tərtib edildi

“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən Agentliyə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi ilə protokol tərtib olunub.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.

 

Kamal Məmmədov

Tarix: 4 Avqust 2023, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin