BURADA REKLAMINIZ OLA
BİLƏR

Mebel istehsalı müəssisəsinə cərimə protokolu yazıldı

“Şahin-şah” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən MMC-yə İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir) maddəsi ilə protokol yazılıb.

 

İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Qabil Məmmədovun icraatındadır.

 

Qeyd: Naxçıvanın mebel istehsalçılarından biri olan “Şahin Şah” MMC 1998-ci ildən fəaliyyətə başlayıb.

 

Kamal Məmmədov

Tarix: 4 Avqust 2023, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin