BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Tağıyevin anası: “İnanırıq ki, üçüncü əməliyyata ehtiyac olmaz”

“Allaha şükür, Vasif yaxşıdır, normal yemək yeyə bilir. Bəzi tikişləri qalıb, Allahın izni ilə bu həftə onlar da sökülər. İnanırıq ki, üçüncü əməliyyata ehtiyac olmaz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva deyib.

 

“Cənab Prezident İlham Əliyevə Vasifə və Vasifin ailəsinə göstərdiyi diqqət və qayğıya görə öz ailəmiz adından təşəkkür edirəm. Vasifi əməliyyat edən bütün həkim kollektivinə, onun vəziyyəti ilə tez-tez maraqlanan insanlara təşəkkürümüzü bildiririk”, - T.Tağıyeva deyib.

 

Xatırlatma: Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunmuşdu.

 

Aytəkin Qardaşova

Tarix: 4 Avqust 2023, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin