Məlumdur ki, ermənilərin “təbliğat maşın”ı yalan, böhtan, iftira üzərində qurulan bir mexanizmdir. Mənfur ermənilərin “təbliğat maşınıları”nın istehal etdiyi uydurma, saxta məlumatlar əsrlərdən bəri indi də davam edir. Onlar indi də guya azərbaycanlıların “zavallı ermənilərə” qarşı “qəddarlığ”ı barədə dünya ictimaiyyətini inandırmağa cəhd edirlər. Lakin ölkəmizdə düzgün və düşünülmüş şəkildə qurulmuş informasiya təbliğatı sayəsində hər zaman ermənilərin yalanları ifşa edilir, həqiqətlər olduğu kimi dünya ictimaiyyətinə çatdırılır. Prezident İlham Əliyevin informasiya cəbhəsindəki xüsusi fəallığı sayəsində Azərbaycan Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacarır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin “Euronews” kanalına müsahibəsindən danışıb:

“Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də “Euronews” telekanalına verdiyi müsahibədə Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə son vəziyyət və perspektivlərlə bağlı sualları cavablandırmaqla yanaşı bir sıra digər mühüm siyasi proseslərlə bağlı da mövqeyini açıqladı. Cənab Prezidentin digər müsahibələrində olduğu kimi bu müsahibə də konkret tərəflərə ünvanlanmış mesajlarla zəngin idi. İlk olaraq 2020-ci il 10 noyabr bəyanatına toxunan ölkə başçısı həmin sənədin sülh razılaşması deyil, məhz kapitulyasiya aktı olduğunu xatırladaraq ölkəmizin yekun sülhün həlli üçün konkret təşəbbüslərlə çıxış etdiyini bildirdi. Həqiqətən də sülh sazişinin prinsiplərini müəyyən edən və bu prinsipləri irəli sürərəkən beynəlxalq hüququn prinsiplərindən çıxış edən tərəf məhz elə Azərbaycan olub. Ölkəmiz 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün dayanmadan səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu gün də sülhə əngəl olan məhz Ermənistandır. 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq məhz bizim sülh təklifi ilə çıxış etməyimizin beynəlxalq ictimaiyyət tərəfindən də bilinməsi olduqca vacibdir. Cənab Prezident də hər imkanda bu həqiqətləri çatdırmaqla bizim haqlı mövqeyimizi nümayiş etdirmiş olur. Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri də aparılan danışıqlar və vasitəçilərlə bağlı oldu. Xüsusilə də Avropa İttifaqı vasitəçiliyi ilə aparılan danışıqlara toxunan ölkə başçısı bildirdi ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim İttifaqla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Qeyd edim ki, Aİ-nin ədalətli vasitəçi olmasına ümidlər bu birliyin regionda sabitlikdə maraqlı olmasından irəli gəlir. Qurum bölgə ölkələrinin dayanıqlı inkişafında maraqlıdır. Avropa İttifaqı yaxşı başa düşür ki, sülh olmadan dayanıqlı inkişafı təmin etmək faktiki olaraq mümkün deyil. Təbii ki, burada Aİ-nin özünün iqtisadi maraqları da vacib rol oynayır. Bölgədə sabitliyə nail olmaq yeni qlobal əhəmiyyətli layihələrin icrası üçün əsas şərtdir. Odur ki, Aİ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının tezləşməsinə çalışır. Çünki sülh sazişi nə qədər tez imzalanarsa, bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, Avropa İttifaqının özü üçün də bölgədə yeni imkanlar aça bilər”.
Politoloq vurğulayıb ki, Azərbaycan üçün vasitəçinin kim olmasından asılı olmayaraq yekin nəticə vacibdir: “Elə Prezident də bu məqama toxunaraq “Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Biz sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi dəstəkləyəcəyik” deməklə faktiki olaraq vasitəçi qismində çıxış edən bütün tərəflərə mesaj vermiş oldu. Bununla ölkə başçısı faktiki olaraq vasitəçilik missiyasını inhisara götürməyə çalışan və bununla bağlı bir-biri ilə mübarizə aparan tərəflərə çatdırmış oldu ki, əsas Azərbaycanın mövqeyidir və biz yalnız ədalətli sülh sazişi ilə nəticələnən təşəbbüsləri dəstəkləyəcəyik. Müsahibədə daha bir vacib məqam Azərbaycan-Rusiya əlaqələri ilə bağlı idi. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın Rusiyaya yanaşması ilk növbədə özünün milli maraqlarına söykənir. Yəni başqa sözlə desək, Prezident hər kəsə bildirmiş oldu ki, biz dövlət olaraq hər hansı bir kompaniyaya qoşulub kiminsə əleyhinə və ya leyhinə siyasət yeritməyəcəyik, ikitərəfli əlaqələrdə olduğu kimi çoxtərəfli əlaqələrdə də balansa üstünlük verəcəyik. Bu balans isə yalnız Azərbaycan olaraq bizim maraqlarımıza və aparılan müstəqil siyasətə dayanır. Müsahibədə Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış ajiotaja da aydınlıq gətirildi. Ermənistanla olan sərhəddə sərbəst hərəkət üçün normal şəraitin yaradıldığını, lakin buna baxmayaraq hətta qaçaqmalçılıqla müşaiyət olunan Beynəxlaq Qırmızı Xaç Komitəsinin qanunsuz əməllərinin aşkar olunduğunu qeyd edən Prezident İlham Əliyev sərhəd-keçid məntəqəsinin qurulmasını Azərbaycanın legitim hüququ olduğunu diqqətə çatdırdı. Cənab İlham Əliyev bu hüququn heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmədiyini də dünya ictimaiyyətinin diqqətinə çatdırmış oldu. Beynəlxaq Ədalət Məhkəməsinin qərarının Ermənistan tərəfindən yalnış şərh olunduğu və bununla bağlı manipulyasiyalar edildiyi bir dövrdə bu həqiqətlərin çatdırılması olduqca vacib idi. Ölkənin birinci şəxsinin dilindən konkret rəqəmlərin səslənməsi erməni yalanını və blokada ilə bağlı hay-küy salan tərəflərin beynəlxaq birliyi çaşdırmağa yönəlik fəaliyyətlərini ifşa etmək baxımından önəmli oldu. Həqiqətən də əgər aprel ayının 23-dən, yəni sərhəd-keçid məntəqəsinin qoyulduğu vaxtdan etibarən həmin yoldan 2 mindən artıq Qarabağ sakini Ermənistana heç bir maneə olmadan, asan şəkildə gedib-gəlibsə, o zaman hər hansı “bloka”dadan danışmaq olduqca gülüncdür”.
Y.Bağırzadə Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinə də toxunub: “Cənab Prezident çox açıq şəkildə və konkret faktlarla BQXK-nın qanunsuz əməlləri haqqında həqiqətləri hər kəsin diqqətinə çatdırmış oldu. Prezident müsahibədə həmçinin həm Ermənistanda yaşayan ermənilərə, həm də Qarabağ ermənilərinə də mesajlar verdi. Bu mesajları konkret xəbərdarlıq kimi də qiymətləndirmək olar. “Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcək. Onlar ya digər milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər” deyən ölkə başçısı bununla erməni əhalini həqiqətləri qəbul etməyə və manipulyasiyaların girovundan qurtulmağa çağırmış oldu. Həqiqətən də erməni əhalinin bu həqiqətləri qəbul etməsi və ayrı-ayrı separatçı liderlərin yalanlarına uymaması ilk növbədə onların özü üçün vacibdir. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Prezidentin Ermənistan ictimaiyyətinə xitabən verdiyi mesajlar da çox önəmli idi. "Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır" bəyanatı bir daha Azərbaycanın sülhməramlı mövqeyinin ifadəsi oldu. Bu bəyanat həm də sülh təşəbbüslərinə qarşı çıxmağın Ermənistan üçün acı nəticələr doğura biləcəyi ilə bağlı konkret xəbərdarlıq idi. Prezidentin də dediyi kimi, onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Başqa sözlə desək, Ermənistan hökumətinin iki seçimi var. Yəni, Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır”.
Ağ Partiyanın sədri Tural Abbaslı isə deyib ki, bu məsələdə Azərbaycanın mövqeyi aydındır, ədalətlidir və haqlıdır:

“Azərbaycan mümkün bütün güzəştləri edib. Bundan sonra Azərbaycanın ata biləcəyi başqa addımlar yoxdur. Müharibə bitəndən Qarabağdakı ermənilərə Ermənistanla açıq əlaqə imkanı verilib, istədikləri vaxt gedib-gələ bilirlər. Onlara müxtəlif təkliflər olunur. İllərdir, deyilir ki, reinteqrasiya edin, Azərbaycan vətəndaşlığını alın, digər vətəndaşlarla bərabərhüquqlu yaşayacaqsınız, ehtiyaclarınızı Ağdam-Xankəndi yolu ilə təmin edirik... Ermənilər isə həmişəki kimi xarakterlərinə uyğun siyasi həyasızlıq etməklə, dünya ictimaiyyətini guya Azərbaycan əleyhinə yönləndirməklə Azərbaycanı fakt qarşısında qoyur, Azərbaycanın suverenliyindən güzəşt etməyə məcbur etmək istəyirlər. Təbii ki, bu, qəbuledilməzdir. Azərbaycan ona görə Birinci Qarabağ müharibəsində minlərlə şəhid, 44 gün müharibə aparıb 3 min şəhid verməyib ki, bu gün 3-5 separatçının diktəsi ilə, Fransa, Amerika və ya başqa ermənipərəst ölkələrin, bu məsələdə ermənilərin mövqeyini dəstəkləyən dövlətlərin diktəsi ilə hansısa addımlar atsın. Azərbaycanın ata biləcəyi addımlar indiyə qədər atılıb. Üçtərəfli bəyannamədə üzərimizə düşən bütün şərtlərə əməl etmişik. İndi də ermənilərin əməl etmək vaxtlarıdır. Heç bir alternativ seçim ola bilməz. Ya Azərbaycanın şərtlərini ədalətli, demokratik, humanist qəbul edib Azərbaycan vətəndaşı kimi yaşayacaqlar, ya da Azərbaycan ərazilərini tərk edəcəklər. Bunun üçüncü variantı yoxdur, ola da bilməz, mümkün deyil”.
T.Abbaslı bildirib ki, sülh müqaviləsi və digər məsələlərdə Azərbaycan optimal təkliflər verib: “Azərbaycan qalib ölkədir, istəsə, ümumiyyətlə, heç təklif də verməz, Ermənistanı fakt qarşısında qoyar. Bundan artıq nə güzəşt etməliyik? Güzəşt edəcəkdiksə, onda niyə müharibə edirdik? Azərbaycan sona qədər ədalətli mövqeyində qalmalıdır. Sülh razılaşmasını ermənilər istəyirlər imzalasınlar, istəmirlərsə, onsuz da Azərbaycana Ermənistanla sülh bağlamaq lazım deyil. Çünki biz qalib və güclü tərəfik, diktə etməliyik. Ağ Partiya olaraq həmişə qeyd etmişik ki, biz Ermənistanla sülh imzalanmasının əleyhinəyik. Çünki Azərbaycan Ermənistandakı ərazilərini geri almalıdır. Zəngəzur, Basarkeçər və digərləri. 1918-ci ilin xəritələrinə uyğun delimitasiya olunmalıdır. Bütün bunlar tam həll olunmamış biz Ermənistanla sülh müqaviləsi imzalamalı deyilik. Ermənilər belədir: nə versən, nə güzəşt etsən, daha çoxunu istəyəcəklər. Heç bir sülhə sona qədər əməl etməyəcəklər. Odur ki, Azərbaycanın təkliflərini qəbul etməlidirlər. Azərbaycan bəlli müddət ərzində ultimatum qoymalıdır ki, bu müddət ərzində şərtləri qəbul edənlər, yaxud etməyənlərin aqibəti necə olacaq. Hazırkı situasiya əbədiyyətə qədər davam edə bilməz. Azərbaycanın mövqeyi qəti, sərt və güzəştsiz olmalıdır".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
Ən son xəbərləri səhifəmizdən də izləyin