BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış aparıcı AzTV-dən getdi - SƏBƏB

Aktrisa Aydan Axundova iki aya yaxındır aparıcısı olduğu AzTV ilə yollarını ayırıb. 

 

Pravda.az-ın xəbərinə görə, Aydanın ona verilən əmək haqqı ilə qane olmadığı üçün belə addım atdığı iddia olunub.

 

Axundovanı yanvar ayından Space TV ilə yollarını ayıran aparıcı Mehin Hümbətova əvəzləyib.  Artıq onun ilk çəkilişi baş tutub.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yeni aparıcı ilə bağlı məlumatı təsdiqləyib. Qeyd olunub ki, aparıcı şərtlərlə razılaşmadığı üçün kanalla yollarını ayırıb:

 

“Kanalda aparıcıların əvəzlənməsi normal prosesdir. Bir şeyi qeyd edək, aparıcılıq da vəzifə deyil ki, ora təyinat olsun. Sadəcə aparıcılıq etdi, şərtlər ürəyincə olmadı və qarşılıqlı razılıq əsasında verilişi tərk etdi.”

 

Qeyd edək ki, layihənin ilk aparıcısı Hüsniyə Məhərrəmova olub. O, xarici bir şirkətlə əməkdaşlığa başladığı üçün işdən ayrıldığını açıqlayıb.Qafqazinfo

Tarix: 27 Aprel 2020, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin