BURADA REKLAMINIZ OLA
BİLƏR

Beynəlxalq miqyaslı kimya şirkətinə cərimə yazıldı

Beynəlxalq miqyaslı kimya şirkəti “SİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən MMC-yə İnzibati Xətalar Məcəlləsinin 492.1-ci (Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir) maddəsinə əsasən protokol yazılıb.

 

İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun icraatındadır.

 

Kamal Məmmədov

Tarix: 5 Avqust 2023, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin