BURADA REKLAMINIZ OLA
BİLƏR

“Az-Tex-İmport” barəsində cərimə protokolu tərtib edildi

“Az-Tex-İmport” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsi ilə protokol tərtib edilib.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun icraatındadır. Məhkəmə iclası avqustun 10-da keçiriləcək.

 

Qeyd: MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumların elan etdiyi tenderlərin qalibi olub.

 

Kamal Məmmədov

Tarix: 5 Avqust 2023, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin