BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bakı Qida və Yağ Fabriki” 500 manat cərimə edilə bilər

“Bakı Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən MMC-yə İnzibati Xətalar Məcəlləsinin 490-cı (Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsi ilə protokol tərtib olunub.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.

 

Qeyd: Fabrik “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərir.

 

Kamal Məmmədov

Tarix: 4 Avqust 2023, 20:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin