BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi məhkəməyə verildi

Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi məhkəməyə verilib.

 

Pravda.az-ın xəbərinə görə, idarə barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi ilə protokol tərtib olunub.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun icraatındadır. Məhkəmə iclası avqustun 15-də keçiriləcək.

 

Kamal Məmmədov

Tarix: 5 Avqust 2023, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin