BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlanı daşla öldürən şəxsə cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayonunda öldürməkdə təqsirləndirilən Nicat Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: 2022-ci il oktyabrın 16-sı saat 23 radələrində rayon sakini, 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün saat 16 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttihama görə, Nicat Əsədov hadisə günü toy məclisində iştirak edib, spirtli içki qəbul edib. Rahib Abbaslı əsəbi halda ondan toy şənliyində onunla bir masa ətrafında oturmamasının səbəbini soruşaraq təqsirləndirilən şəxsi təhqir edib. Sonda hadisə ölümlə nəticələnib.

 

Kamal Məmmədov

Tarix: 7 Avqust 2023, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin