BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafada qadını qətlə yetirən şəxs apellyasiya şikayəti verdi

Ağstafada qətl törətməkdə təqsirləndirilən Tural Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 10-na təyin edilib.

 

Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökümü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci il mayın 15-i saat 23 radələrində Ağstafa rayonu Köçəsgər kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Tural Bayram oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qohumu Çiçək Ələkbərovanı qətlə yetirib. Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. T.Məmmədov Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) və 29, 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsinə cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Xatırlatma: T.Məmmədov 2006-cı ildə Rusiyada qətl törətdiyinə görə tutulub, orada məhkum edilib, sonradan cəzasını çəkmək üçün Azərbaycana göndərilib. O, 2021-ci il mart ayında Gəncə şəhərində yerləşən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

Kamal Məmmədov

Tarix: 7 Avqust 2023, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin