BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hyundai”in Azərbaycandakı rəsmi distribütoruna yazılan cərimə protokoluna baxılacaq tarix açıqlandı

Gömrük Komitəsinin “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan "Auto Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib etdiyi cərimə protokoluna baxılacaq vaxt açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, məhkəmə iclası Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə avqustun 15-də keçiriləcək.

 

Qeyd: Gömrük Komitəsi şirkətlə bağlı protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazıb.
 

Kamal Məmmədov

Tarix: 7 Avqust 2023, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin