BURADA REKLAMINIZ OLA
BİLƏR

“Veysəloğlu” şirkətinə yazılan cərimə protokoluna baxılacaq vaxt məlum oldu

Dövlət Gömrük Komitəsinin “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib etdiyi cərimə protokoluna baxılacaq vaxt məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, məhkəmə iclası Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə avqustun 9-da keçiriləcək.

 

Qeyd: şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Kamal Məmmədov

Tarix: 7 Avqust 2023, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin