BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə bu tarixdə “Araz Supermarket” barəsində tərtib olunan cərimə protokoluna baxacaq

Sumqayıt Şəhər Məhkəməsində müvafiq qurum tərəfindən “Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində tərtib olunan cərimə protokoluna avqustun 16-da baxılacaq.

 

Pravda.az-ın xəbərinə görə, iş hakim Elçin Məmmədovun icraatındadır.

 

Qeyd: MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə protokol yazılıb.

 

Kamal Məmmədov

Tarix: 7 Avqust 2023, 15:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin