BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR Xəzər RİH-i də məhkəməyə verdi

SOCAR-ın "Azneft" İstehsalat Birliyi (İB) Xəzər Rayon İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə İB Bakı İnzibati Məhkəməsinə üz tutub.

 

Belə ki, şirkət torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

 

İddia Miminat Hacıbəyovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: "Azneft" daha əvvəl də eyni iddia ilə Bakı Şəhər İcra Hakimiyyəti və bir neçə RİH-i məhkəməyə vermişdi.

 

Kamal Məmmədov

Tarix: 7 Avqust 2023, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin