BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi Dövlət Neft Şirkətinin Marketin və iqtisadi əməliyyatlar idarəsinə cərimə protokolu yazdı

Gömrük Komitəsi Dövlət Neft Şirkətinin Marketin və iqtisadi əməliyyatlar idarəsinə cərimə protokolu yazıb.

 

Pravda.az-ın xəbərinə görə, Komitə idarə barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 8 Avqust 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin