BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bakı Metropoliteni" QSC-nin elan etdiyi tenderin qalibi barəsində protokol tərtib edildi

“Vk group construction” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: "Bakı Metropoliteni” QSC-nin "Yaşıl” və "Qırmızı” xəttlərinin stansiya və tunellərindəki ventilyasiya şaxtaları üçün səsboğucuların satınalınması ilə bağlı tendərin qalibi "VK Group Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Tarix: 8 Avqust 2023, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin