BURADA REKLAMINIZ OLA
BİLƏR

Türk rokunun məşhur siması Erkin Koray vəfat edib

Türk rok musiqisinin məşhur siması Erkin Koray vəfat edib.

 

Bu barədə sənətçinin qızı sosial media hesabında məlumat verib.

 

82 yaşlı Koray uzun müddət idi ki, Kanadanın Toronto şəhərində yaşayırdı.

 

O, daha çox Anadolo roku tərzində ifaları ilə tanınıb. Bu yistiqamətdə Anadolunun tarixi türkülərinə yenidən nəfəs verən ustad rokçu həm Türkiyədə, həm də dünyada populyarlıq qazanıb.

 

Sənətçi 1969-cu ildə "Yeraltı dördlüsü" adlı qrupu yaratmaqla Türkiyədə "underground music" tərzinin geniş yayılmasında da önəmli rol oynayıb.

 

1982-ci ildə "Benden sana" və 1986-cı ildə "Gaddar" adlı albomları isə Türkiyədə ən çox satılan albomlar siyahısında yer alıb./APA

Tarix: 7 Avqust 2023, 23:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin