BURADA REKLAMINIZ OLA
BİLƏR

Abid Şərifovun qardaşına məxsus şirkət barəsində protokol tərtib olundu

“Avro-Asiya İnşaat Korporasiyası Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsinə cərimə protokolu tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, Komitə ASC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.

 

Kamal Məmmədov

Tarix: 8 Avqust 2023, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin