BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsi "Araş" firması ilə bağlı protokol tərtib etdi

Dövlət Gömrük Komitəsi “Araş” firması barəsində cərimə protokolu tərtib edib.

 

Pravda.az-ın xəbərinə görə, Komitə MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 8 Avqust 2023, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin