BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmisi oğlunu iplə boğaraq öldürən şəxsin atası da cinayət məsuliyyətinə cəlb edildi

Şamaxıda 18 yaşlı əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Tural Hacıyevin atası Mahir Hacıyev də cinayət məsuliyyətinə cəlb edilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, istintaq dövründə Mahir Hacıyev şübhəli şəxs qismində saxlanılıb və barəsində ittiham irəli sürülüb. Artıq hər iki şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş hakim Aynur Rzayevanın icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası avqustun 21-nə təyin edilib.

 

Qeyd: Rəsmi məlumata görə, bu il aprelin 22-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Hacıyevin iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 8 Avqust 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin