BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstəxananın baş həkimi ilə bağlı QƏRAR

Ali Məhkəmədə rüşvət almaqda və vəzifə saxtakarlığında təqsirləndirilən Abşeron rayonu, Saray qəsəbə xəstəxanasının baş həkimi Natiq Əliyev, həmin xəstəxananın stasionar şöbəsinin həkim nevropotoloqu Mətanət Quliyevanın barəsindəki hökmdən verilən kassasiya protesti və şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onların kassasiya protesti və şikayəti təmin edilməyib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Əliyevin qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla o, 2 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri isə ləğv olunub. Mətanət Quliyevaya isə 1500 manat cərimə cəzası təyin edilib, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib və o, cəzadan azad olunub. Mətanət Quliyevanın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxslər isə apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə protest və şikayəti təmin etməyib. Daha sonra həm dövlət ittihamçısı, həm də təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər.

 

İttihama görə, həmin şəxslər Vüqar adlı vətəndaşa əlillik dərəcəsi verilməsi üçün ondan rüşvət alıblar.

 

Kamal Məmmədov

Tarix: 8 Avqust 2023, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin