BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda kişi arvadını eyvanda çox vaxt keçirdiyinə görə döydü

Abşeron Rayon Məhkəməsində keçmiş həyat yoldaşını döyməkdə təqsirləndirilən Sahib Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 10 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. İttihama görə, 05 iyun 2023-cü il tarixdə, səhər saat 08 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Sahib Quliyev övladları ilə hələ də bərabər yaşadığı keçmiş arvadı Qala Həsənovaya (şərti) mənzilin eyvanında çox vaxt keçirməsi ilə bağlı irad bildirib. Bu zaman onların arasında mübahisə düşüb. Daha sonra Sahib Quliyev qadının üzərinə hücum edərək onun bədəninin sifət və qol nahiyələrindən şillə və yumruqla bir neçə dəfə qəsdən ardıcıl zərbələr vurub. Hadisədən sonra Qala Həsənova hüquq-mühafizə orqanlarına müraciət edib və Sahib Quliyev saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 8 Avqust 2023, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin