BURADA REKLAMINIZ OLA
BİLƏR

On bir yaşlı uşağın faciəvi şəkildə ölümünə görə “Azərişıq” işçilərinə hökm oxundu

Qəbələ Rayon Məhkəməsində 11 yaşlı uşağın elektrik cərəyanı vuraraq öldürməsinə görə günahlandırılan “Azərişıq” ASC-nin əməkdaşları Sərdar Əliyev və Məhəbbət Əsədovun (hər ikisinin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə onların hər birinə 2000 manat miqdarında cərimə cəzası və 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

Qeyd: 2022-ci iyulun 28-i saat 09 radələrində Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, Aqşin Ağasiyev çayın kənarından keçən elektrik naqilindən hər iki əli ilə tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra “Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ-nin əməkdaşları Sərdar Əliyev və Məhəbbət Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 8 Avqust 2023, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin