BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşlı ər-arvadı qətlə yetirən şəxs məhkəmə qarşısında

Daşkəsəndə yaşlı ər-arvadı qətlə yetirməkdə təqsirləndirilən Şahin Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Mikayıl Məmmədzadənin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası avqustun 21-nə təyin edilib.

 

Qeyd: Bu il aprelin 4-də Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

 

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub. Qətli törətməkdə şübhəli bilinən Mədənçilər qəsəbə sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Tarix: 9 Avqust 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin