BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda Poroşenkonun şirkətinin iddiası ilə bağlı qərar çıxarıldı

Bakı Kommersiya Məhkəməsində "Azroşen" MMC-nin "OBA Market" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, icraata xitam verilib. Bildirilib ki, şirkətlər arasında barışıq sazişi bağlanıb.

 

Qeyd: "Azroşen" MMC "OBA Market" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: Ukraynanın "Roşen" şirkətinin Azərbaycan filialı olan "Azroşen" MMC 2003-cü ildə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Şirkət şirniyyat məhsullarının hazırlanması ilə məşğul olur. "Roşen" şirkətinin sahibi Ukraynanın sabiq prezidenti Petro Poroşenkodur.

 

Kamal Məmmədov

Tarix: 9 Avqust 2023, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin