BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkim və müdirin məhkəmə çəkişməsi

Bakı Apellyasiya Məhkəməsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-laborantı Aynur Əsədlinin institutun “kliniki-diaqonstika laboratoriyası" şöbəsinin müdiri Nuriyyə Səlimova barəsindəki xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası avqustun 22-nə təyin edilib.

 

Qeyd: Səbail Rayon Məhkəməsində keçirilən prosesdə A.Əsədli laboratoriya müdirinin Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. O bildirib ki, laboratoriya müdiri mətbuatda çıxış edərək onu dələduz aldandırıb. N.Səlimova isə ittihamları rədd edib. O, özü barəsində böhtan xarakterli məlumatların yayıldığını deyib. Məhkəmə A.Əsədlinin xüsusi ittiham qaydasındakı şikayətini təmin etməyib. Nuriyyə Səlimova Cinayət Məcəlləsinin qeyd edilən maddələri üzrə bəraət alıb. A.Əsədli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

 

Xatırlatma: Bir müddət əvvəl A.Əsədli işlədiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qayçı ilə özünə xəsarətlər yetirərək intihara cəhd etmişdi.

 

Kamal Məmmədov

Tarix: 9 Avqust 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin