BURADA REKLAMINIZ OLA
BİLƏR

Hamilə arvadına əzab verən şəxs şərti cəza aldı

Bakı Apellyasiya Məhkəməsində arvadına əzab vermədə və özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Xəlil Quliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun və zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, Xəlil Quliyev 2014-cü ildən 2019-cu ilin sonlarınadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda zərərçəkmiş Nailə Əliyeva (şərti) ilə birlikdə qalan zaman onunla qeyri-rəsmi ər-arvad münasibətində olub. O, birgə münasibətdən uşaqları olması səbəbi ilə aralarında kəsilməyən bağlılığa görə maddi və sair cəhətdən özündən asılı vəziyyətdə olmuş zərərçəkmiş şəxsi müxtəlif dövrlərdə döyərək ona əzab verib. Kişinin əzablarına dözə bilməyən Nailə bir neçə dəfə intihara cəhd edib. Xəlil Quliyevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 133.2.2-ci (əzab vermə) və 133.2.6-cı maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 9 Avqust 2023, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin