BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şam-od”a protokol yazıldı

“Şam-od” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Biləsuvar Rayon Məhkəməsinin hakimi Nüsrət Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 9 Avqust 2023, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin