BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” ASC-yə cərimə protokolu yazıldı

“Azərişıq” ASC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qurum tərəfindən ASC barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 231.3-cü (Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsi üzrə tərtib olunub.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 9 Avqust 2023, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin