BURADA REKLAMINIZ OLA
BİLƏR

“Unifort” cərimələnə bilər – 1500 manat

“Unifort” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 9 Avqust 2023, 13:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin