BURADA REKLAMINIZ OLA
BİLƏR

Çörək zavodu barəsində tərtib olunan inzibati protokola bu tarixdə baxılacaq

Müvafiq qurum tərəfindən “DELTA QRUP C.O.” Məhdud Məsuliyyəti Cəmiyyəti barəsində tərtib olunan cərimə protokoluna baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə avqustun 22-də baxılacaq.

 

Qeyd: Şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Xatırlatma: “DELTA QRUP C.O.” Məhdud Məsuliyyəti Cəmiyyətinin iki zavodu - “Bismak” və "Çörəkçi" fəaliyyət göstərir.

 

Xəyal Quliyev

Tarix: 10 Avqust 2023, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin